• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DİN: 8 kiloqramdan çox narkotik vasitə və xeyli sayda silah-sursat aşkar edilib

    24

    mar

    DİN: 8 kiloqramdan çox narkotik vasitə və xeyli sayda silah-sursat aşkar edilib

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 23-də ümumi çəkisi 8,6 kiloqrama yaxın narkotik vasitə və 1000 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, martın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 20 tüfəng, 4 patron darağı və 119 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

    Tarix : 24-03-2026, 14:02 | Oxunub: 864