• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ardıcıl 7 gün iş olmayacaq - Bu tarixlərdə

    10

    fev

    Ardıcıl 7 gün iş olmayacaq - Bu tarixlərdə

    Mart ayında 8 qeyri-iş günü var.

     2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimində 8 Mart–Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart - Novruz bayramı, 30, 31 mart - Ramazan bayramıdır.

    Belə ki, 8 Mart–Qadınlar Günü şənbə gününə təsadüf etdiyindən həftənin bazar ertəsi, yəni martın 10-da da (ardıcıl 3 gün) iş olmayacaq.

    Martın 20, 21, 22, 23 və 24-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günüdür. Martın 22-si şənbə və 23-ü bazar gününə təsadüf etdiyindən ayın 25-də və 26-da da (ardıcıl 7 gün) iş olmayacaq.

    Bundan başqa, 30, 31 mart isə Ramazan bayramına təsadüf edir. 30 mart tarixi isə həftənin bazar gününə təsadüf etdiyindən 1 aprel tarixində də qeyri-iş günü olacağı gözlənilir.

    Məlumat üçün bildirək ki,  istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə Nazirlər Kabinetinin qərarı da gözlənilir.

    Tarix : 10-02-2025, 12:17 | Oxunub: 1 248