5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən “Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri” mövzusunda maarifləndirici görüşlər keçirilib.
Şabran və Xaçmaz rayon icra hakimiyyətlərində, Quba bələdiyyəsində, Qusar və Siyəzən gənclər evlərində icra hakimiyyətinin, bələdiyyə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşlərdə iştirakçılara ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri, mövcud ekoloji problemlər və onların həlli istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat təqdim olunub. Eyni zamanda, ətraf mühitin qorunmasına ictimai dəstəyin gücləndirilməsinin və ekoloji məsuliyyətin artırılmasının vacibliyi vurğulanıb.
Maarifləndirici görüşlərin keçirilməsində əsas məqsəd regionlarda əhalinin ekoloji biliklərinin artırılması, ətraf mühitin mühafizəsi sahəsində ictimai iştirakçılığın təşviq edilməsi və ekoloji məsuliyyət hissinin formalaşdırılmasıdır.