Tibbi tullantıların idarə olunması sahəsində mövcud normativ tələblər barədə tibb müəssisələrinin əməkdaşlarının məlumatlılığını artırmaq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən Bakı şəhərində yerləşən Nardaran Sağlamlıq Mərkəzində, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və Tovuz Rayon Əlibəyli Kənd Həkim Məntəqəsində maarifləndirici görüşlər təşkil olunub.
“Tibbi tullantıların təhlükəsiz idarə edilməsi” mövzusunda keçirilən görüşlərdə iştirakçılara tibbi tullantıların növləri, onların düzgün çeşidlənməsi, müvəqqəti saxlanılması, daşınması və zərərsizləşdirilməsi qaydaları, eyni zamanda tibbi tullantıların düzgün idarə olunmaması nəticəsində yarana biləcək ekoloji və sanitar risklər barədə məlumatlar verilib.