• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sumqayıtda zəncirvari qəza olub- Yaralılar var

    15

    fev

    Sumqayıtda zəncirvari qəza olub- Yaralılar var

    Sumqayıtda bir neçə avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi iki nəfərin yaralanması ilə nəticələnib.

    Şəhərin hadisə Niyazi küçəsində qeydə alınıb.

    “PAZ” markalı avtobusla "Opel" və "Hyundai" markalı avtomobillər toqquşub. Zəncirvari qəza nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü 1992-ci il təvəllüdlü Tağıyev Ruslan, sərnişin 1985-ci il təvəllüdlü Verdiyev Vüqar xəsarət alıblar.

    Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyətləri stabildir.

    Faktla bağlı araşdırma aparılır.//Report

    Tarix : 15-02-2024, 12:00 | Oxunub: 1 546