• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş gənclərin kibertəhlükəsizlik çempionatı”na yekun vurulub

    04

    mar

    “Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş gənclərin kibertəhlükəsizlik çempionatı”na yekun vurulub

    Gənclər Fondunun maliyyə, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) texniki dəstəyi ilə Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti ictimai birliyi tərəfindən “Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş gənclərin kibertəhlükəsizlik çempionatı”na yekun vurulub.


     AKTA-a xəbər verir ki, tədbir iki hissədən ibarət olub. Tədbirin birinci hissəsində müxtəlif məktəblərdən olan 50-dən çox şagirdə kibertəhlükəsizlik üzrə biliklər aşılanıb, ikinci hissəsində isə birinci hissədə əhatə olunmuş mövzular üzrə çempionat keçirilib. Çempionatda qalib olan şagirdlərə müxtəlif hədiyyələr təqdim olunub.


    Təlimlər AKTA-nın əməkdaşı Müşərrəf Məmmədova tərəfindən keçirilib.

    Tarix : 4-03-2024, 18:13 | Oxunub: 105