• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib

    08

    may

    “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib

    Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib.
    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Baş Şirvan kollektorundan, Mingəçevir su anbarından, Xəzər dənizinin Astara rayonu akvatoriyasından, eyni zamanda Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə Xəzərin Xaçmaz rayonu akvatoriyasından ümumilikdə 2300 metr uzunluğunda 37 ədəd sintetik tor, 173 ədəd digər ov aləti aşkar edilərək götürülüb.
    Aksiya çərçivəsində digər su hövzələrində də tədbirlər davam etdirilir. Ekologiya.az

    Tarix : 8-05-2024, 20:35 | Oxunub: 51