• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ümumdünya ətraf mühitin mühafizəsi günü ilə bağlı Şahdağ Milli Parkına ekskursiyası təşkil olunub - FOTO

    05

    iyn

    Ümumdünya ətraf mühitin mühafizəsi günü ilə bağlı Şahdağ Milli Parkına ekskursiyası təşkil olunub - FOTO

    DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialının benefisiarları və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin könüllüləri Şahdağ Milli Parkının İsmayıllı bölməsinə ekskursiya edib. 

    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan məlumatlandırma turunda Şahdağ Milli Parkının özünəməxsus xüsusiyyətlərindən bəhs olunub, parkın landşaft xüsusiyyətləri, biomüxtəlifliyin qorunması və ekoturizmin inkişafındakı vacib roluna diqqət çəkilib. 
    Ekskursiya zamanı benefisiarlar və ekokönüllülər ərazidə saxlanılan, nəsli kəsilməkdə olan nadir  heyvan növlərini izləyib, iştirakçılara milli parkın flora və faunası ilə yanaşı torpaq örtüyü, relyefi barədə  də məlumatlar verilib.
    Məqsəd həssas qruplardan olan şəxslərin 5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü ilə əlaqədar ekoloji maarifləndirmə prosesinə cəlb olunması, ətraf mühitin mühafizəsi və dayanıqlı inkişafla bağlı təbliğatın artırılması, iştirakçıların Azərbaycan təbiəti, biomüxtəlifliyi barədə məlumatlandırılmasıdır.

    Tarix : 5-06-2024, 16:40 | Oxunub: 2 696