• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xəzər dənizinin Novxanı sahili tullantılardan təmizlənib - FOTO

    10

    iyn

    Xəzər dənizinin Novxanı sahili tullantılardan təmizlənib - FOTO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilən “Təmiz ölkəm” ümumrespublika təmizlik aksiyası çərçivəsində növbəti iməcilik təşkil olunub. 

    Aksiya çərçivəsində ETSN-nin, Azərbaycan Hava Yollarının əməkdaşlarının, ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Novxanı sahili 800 kiloqramdan artıq tullantıdan təmizlənib.
    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan aksiyanın keçirilməsində məqsəd hər kəsi tullantıları ətrafa atmamağa, təbiətimizə qayğı ilə yanaşmağa və onu təmiz saxlamağa təşviq etmək, ictimaiyyətin diqqətini bu sahəyə çəkməklə ətraf mühitin qorunmasına nail olmaqdır. 

    Ekologiya.az

    Tarix : 10-06-2024, 19:50 | Oxunub: 2 136