• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Zaqatala rayonu ərazisində ağac emalı sexləri aşkarlanıb - RƏSMİ

    23

    iyl

    Zaqatala rayonu ərazisində ağac emalı sexləri aşkarlanıb - RƏSMİ

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Zaqatala rayonu ərazisində dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan fəaliyyət göstərən ağac emalı sexləri aşkar olunub.


    Ekologiya.az bildirir ki, araşdırma zamanı həmin sexlərin Balakən rayonu Sarıbulaq kənd sakini Osman Osmanova, Qullar kənd sakini Elşən Qarayevə və Zaqatala rayonu Maqov kənd sakini Zahid Qimikova məxsus olduğu müəyyən edilib.
    Faktlarla bağlı adıçəkilən şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.

    Tarix : 23-07-2024, 17:20 | Oxunub: 2 168