• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 3 saylı RETSİ-nin əməkdaşları Hacıqabulda 1 və 10 nömrəli  məktəbdə maarifləndirici tədbir keçirib

    29

    noy

    3 saylı RETSİ-nin əməkdaşları Hacıqabulda 1 və 10 nömrəli məktəbdə maarifləndirici tədbir keçirib

    3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Hacıqabul şəhər 1 nömrəli və 10 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbirləri keçirilib.

    Tədbir çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili”, ekoloji problemlərin insan sağlamlığına, ətraf mühitə mənfi təsirləri və bu təsirlərin aradan qaldrılması istiqamətində görülə biləcək tədbirlər, təbiətə zərər vermədən, qayğı ilə yanaşmanın mahiyyəti barədə şagirdlərə ətraflı məlumat verilərək onlara doğma torpağı və təbiəti  sevmənin, ətraf mühitə qarşı biganə qalmamağın önəmi aşılanıb. 


    Şagirdləri maraqlandıran suallar cavablandırılıb. 

    Ekologiya.az

    Tarix : 29-11-2024, 18:45 | Oxunub: 1 928