• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda məktəbin həyətində valideynlər arasında insident - DİN-dən AÇIQLAMA

    09

    yan

    Bakıda məktəbin həyətində valideynlər arasında insident - DİN-dən AÇIQLAMA

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbin həyətində valideynlər arasında baş verən insidentə münasibət bildirib.

    Qurumun əməkdaşı Lumu İsrəfilli Oxu.Az-a açıqlamasında qeyd edib ki, 18 dekabr 2024-cü il tarixində mübahisə tərəfləri şikayət ərizələri ilə ərazi üzrə polis şöbəsinə müraciət ediblər:

    "Onların izahatları alınıb, araşdırma zamanı hadisə yerinə baxış keçirilib və protokol tərtib edilərək materiala əlavə edilib. İnsidentin hərtərəfli araşdırılması, tərəflərin hadisə zamanı aldıqları xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədi ilə hər iki şəxs ekspertizaya göndərilib.

    Polis İdarəsində prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq hərəkətə hüquqi qiymət veriləcək".

    Tarix : 9-01-2025, 11:35 | Oxunub: 1 552