• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Uqandada torpaq sürüşməsi nəticəsində 20 nəfər ölüb

    30

    noy

    Uqandada torpaq sürüşməsi nəticəsində 20 nəfər ölüb

    Uqandanın şərqində torpaq sürüşməsi nəticəsində 20 nəfər ölüb.

    “Report”un məlumatına görə, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Associated Press" agentliyi məlumat yayıb.

    Paytaxt Kampaladan 280 kilometr şərqdə, dağlıq Bulambuli bölgəsində altı kəndə təsir edən güclü yağışlar torpaq sürüşməsinə səbəb olub, təxminən 125 evi dağıdıb.

    Uqanda Qızıl Xaç Cəmiyyətinin məlumatına görə, fəlakət bölgəsindən 750 nəfər təxliyə edilib, onlardan 200-dən çoxu müvəqqəti olaraq yaxınlıqdakı məktəbə yerləşdirilib.

    Bulambuli rayon komissarı Fahira Mpalani ordunun axtarış-xilasetmə əməliyyatlarına cəlb edildiyini bildirib.

    Tarix : 30-11-2024, 15:25 | Oxunub: 1 160