• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dünyanın ən dağıdıcı tornadosu: 80 min insan evsiz qalıb

    19

    apr

    Dünyanın ən dağıdıcı tornadosu: 80 min insan evsiz qalıb

    Çox vaxt ABŞ sakinləri tornado kimi bir hadisə ilə qarşılaşırlar. Ən ölümcül hava burulğanının burada deyil, planetin o biri tərəfində baş verməsi daha təəccüblüdür.

    Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, faciə 1989-cu il aprelin 26-da Banqladeşin Manikqanc rayonlarında güclü tornado zamanı baş verib.

    Küləyin sürəti 181-350 km/saata çatıb. Dağıntı zolağının eni 1,5 km, uzunluğu isə 80 km olub. Tornado ən çox Daulatpur və Saturiya şəhərlərinə ziyan vurub. Ölənlərin sayı ilə bağlı böyük qeyri-müəyyənlik var, lakin bunun 1300-ə yaxın insanın ölümünə və 12.000 nəfərin yaralanmasına səbəb olduğu güman edilir.

    Tornadonun yolundakı bütün binalar dağılıb, 80 min insan evsiz qalıb. Bu “göstəricilər” 1989-cu ildə Banqladeşdə baş vermiş tornadonu qeydə alınmış tarixdə ən ölümcül hadisə etdi.

    Tarix : 19-04-2024, 11:45 | Oxunub: 33