• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Damcılı bulağında nadir təbiət hadisəsi müşahidə edilib

    15

    apr

    Damcılı bulağında nadir təbiət hadisəsi müşahidə edilib

    Bir neçə gündür qərb bölgəsində, o cümlədən Qazaxda müşahidə olunan güclü yağışlar nəticəsində Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində, Damcılı bulağında maraqlı təbiət hadisəsi baş verib.


    Ekologiya.az-ın məlumatına görə, dağlardan süzülən sular birləşərək güclü axın əmələ gətirib və bu da füsunkar şəlalənin yaranmasına səbəb olub.

    Bu nadir təbiət hadisəsi Damcılı bulağında ildə bir dəfə, yaz aylarında baş verir.

    Tarix : 15-04-2025, 19:56 | Oxunub: 792