• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Məktəblilər Xəzər dənizinin Bilgəh sahilini tullantılardan təmizləyib

    28

    apr

    Məktəblilər Xəzər dənizinin Bilgəh sahilini tullantılardan təmizləyib

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Təmiz ölkəm” devizi altında Xəzər dənizinin Bilgəh sahilində təmizlik aksiyası keçirilib.

    Nazirliyin nümayəndələrinin, "LANDAU School"un müəllim və şagirdlərinin, ekokönüllülərin iştirak etdiyi aksiya çərçivəsində sahil zolağı 110 kq tullantıdan təmizlənib. 
    Təmizlik aksiyalarının keçirilməsində məqsəd ekoloji vəziyyətin yaxşılaşdırılması, gənclər arasında ətraf mühitin qorunması ilə bağlı maarifləndirmənin artırılması və təmiz ətraf mühitin təşviq olunmasıdır. Ekologiya.az

    Tarix : 28-04-2025, 18:41 | Oxunub: 1 016