Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Təmiz ölkəm” Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti təmizlik aksiyasına Bakı-Abşeron Regional Turizm İdarəsinin əməkdaşları, “Camphood” şirkətinin təşəbbüsü ilə dəvət olunmuş uşaqlar və ekokönüllülər qoşulub.
Xəzərin Bilgəh sahilində keçirilən iməclik zamanı aksiya iştirakçıları ümumilikdə 200 kiloqramdan artıq tullantını sahil zolağından təmizləyib.