• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ekokönüllülər tərəfindən 96 kq işlənmiş batareya təhvil alınıb

    23

    iyn

    “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ekokönüllülər tərəfindən 96 kq işlənmiş batareya təhvil alınıb

    İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində könüllülər tərəfindən növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb.

    Könüllülər  Access Bankın baş ofisindən,  “Araz” supermarketlər şəbəkəsinin Qutqaşınlı-2, Neftçilər, 8-ci mikraroyan 2 filiallarından, "Bravo" supermarketlər şəbəkəsinin Gənclik Mall filialından və 19 nömrəli məktəbdən ümumilikdə 96 kq işlənmiş batareya toplayaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil veriblər.
    Bu təşəbbüs ətraf mühitin qorunmasına xidmət etməklə yanaşı, ekoloji məsuliyyətin cəmiyyətə aşılanmasına yönəlmiş mühüm addımdır. Hər kəsi belə təşəbbüslərdə fəal iştirak etməyə və dayanıqlı gələcək naminə birgə addımlar atmağa çağırırıq. Hər bir addım dəyişiklik deməkdir!Ekologiya.az

    Tarix : 23-06-2025, 19:06 | Oxunub: 1 520