• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qanunsuz dağətəyini zədələyənlərlə bağlı araşdırma başladıldı

    02

    noy

    Qanunsuz dağətəyini zədələyənlərlə bağlı araşdırma başladıldı

    Ekologiya.az xəbər verir ki, Lənkəran rayonu Şovu kəndi ərazisində qanunsuz olaraq süxur götürən şəxslər müəyyən edilib. 

    Hadisə yerinə baxış keçirilən zaman məlum olub ki, qarışıq süxurun qanunsuz götürüldüyü ərazidə süxur götürən traktor hadisə yerində saxlanılmışdır. Ərazidə isə AZ42BN119 dövlət nişanlı kamaz markalı avtonəqliyyat vasitəsi sürücü olmadan ərazidə park edilmişdir. Bununla bağlı dərhal 1 saylı Regional Ekologiya İdarəsinin əməkdaşları əraziyə gələrək məsələyə müdaxilə ediblər. 

    Ərazidə lazımi sənədləşmə işləri aparılmışdır. Və bildiriblər ki, bu sənədlər sürücülərin müəyyən olunması üçün polis orqanlarına göndəriləcəkdir.




    Tarix : 2-11-2023, 22:30 | Oxunub: 2 897