• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu rayonlarda qanunsuz yolla ağac kömürü istehsal edənlər cəzalandırılıb

    02

    iyl

    Bu rayonlarda qanunsuz yolla ağac kömürü istehsal edənlər cəzalandırılıb

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İsmayıllı, Ağsu, Göygöl və Tovuz rayonlarının inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları və dəmir soba aşkar olunub.


    Ekologiya.az bildirir ki, araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Bakı şəhəri Suraxanı rayon sakini İlqar Rüstəmov, Ağsu rayonu Kalva kənd sakinləri Şamil Hacıyev, Mehman Məcidov, Aqşin Həşimov, Göygöl rayonu Əzgilli həmin kənd sakinləri Şahbaz Əliyev, Azər Məmmədov, Avtandil Verdiyev və Tovuz rayonu Hacı Həsənli kənd sakini Hafiz Rzayev  olduğu müəyyən edilib.
    Faktlarla bağlı adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür hazırlanma yerləri isə ləğv edilib.

    Tarix : 2-07-2025, 19:20 | Oxunub: 2 336