Ekologiya.az xəbər verir ki, son illər mütəmadi olaraq keçirilən və vətəndaşlar tərəfindən böyük maraqla qarşılanan “Tullantıları ekoçantaya dəyiş” aksiyası cari ildə artıq 17 dəfə keçirilib.
Bir çox ərazilərdə keçirilən bu aksiyanın növbəti dəfə harada keçirilməsini siz müəyyən edə bilərsiniz. Ən çox təlabat olan ərazilərdə aksiyaların keçirilməsi təmin ediləcək.
Tullantıların idarə olunmasına dəstək olan, polietilen torbalar əvəzinə ekoçantalardan istifadə edərək ətraf mühitə töhfə verən bütün vətəndaşlara təşəkkür edirik.