İlin ilk “Tullantıları ekoçantaya dəyiş” aksiyasının hansı ərazidə keçirilməsini istərdiniz?
Tullantıların sayının azaldılması və təkrar emala yönəldilməsi, eyni zamanda polietilen paketlərdən istifadənin azaldılmasını təşviq etmək məqsədilə keçirilən “Tullantıları ekoçantaya dəyiş” aksiyası hər il olduğu kimi bu il də davam edəcək.
Vətəndaşların böyük marağına səbəb olan bu aksiyanın hansı ərazilərdə təşkilini müəyyən etmək məqsədilə keçirilən bu sorğu vasitəsilə postda adı ən çox qeyd olunan ərazidən ilk aksiyaya start veriləcək.