• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Naxçıvanda ilk dəfə “Yaşıl məktəb” layihəsi həyata keçiriləcək

    11

    fev

    Naxçıvanda ilk dəfə “Yaşıl məktəb” layihəsi həyata keçiriləcək

    Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan "Yaşıl məktəb" layihəsi həyata keçiriləcək.


    Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, "Yaşıl məktəb" layihəsinə fevralın 15-dən start veriləcək və dekabrın sonuna qədər olan dövrü əhatə edəcək.


    Layihə çərçivəsində muxtar respublikanın ümumtəhsil müəssisələrinin ərazilərində reylefə uyğun 10 min meyvə və dekorativ ağacların əkilməsi nəzərdə tutulur.


    Ağacəkmə aksiyaları könüllü olaraq tədris müəssisələrinin kollektivlərinin, valideynlərin, həmçinin könüllülərin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək.

    Qeyd edək ki, “Yaşıl məktəb” layihəsinin məqsədi ətraf mühitin qorunması, şagird və tələbələrdə təbiətə qayğı hissini, ekoloji mədəniyyəti və maarifləndirməni inkişaf etdirməkdən ibarətdir.

    Tarix : 11-02-2024, 09:00 | Oxunub: 2 034