• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Naxçıvanda kütləvi idman yarışı keçiriləcək

    22

    may

    "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Naxçıvanda kütləvi idman yarışı keçiriləcək

    Naxçıvan Muxtar Respublikasının gənclər və idman, ekologiya və təbii sərvətlər nazirlikləri və Naxçıvan Atletika Federasiyasının təşkilatçılığı, "RTN Groups"un sponsorluğu ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş kros qaçışı keçiriləcək.

    Nazirlikdən "Report"un yerli bürosuna verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunacaq kütləvi idman tədbirinə hər kəs iştirakçı qismində qoşula bilər.

    İştirakçılar Naxçıvan Mərkəzi Xəstəxanasının önünə nəzərdə tutulan start xəttindən finişədək – Zəfər Parkına qədər olan 5500 metr məsafəni qət etməli olacaqlar.

    Qadınlar (qızlar) və kişilər (oğlanlar) arasında ilk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqdır. Müvafiq yerlərin sahibləri və nominasiya qalibləri fəxri fərmanla təltif ediləcək.

    İştirak etmək istəyənlər start vaxtından minimum 30 dəqiqə əvvəl həmin ərazidəki qeydiyyat məntəqəsinə yaxınlaşaraq sıra nömrəsini əldə etməlidirlər. İştirakçıların idman geyimində olması arzuolunandır.

    Tarix : 22-05-2024, 09:00 | Oxunub: 2 533