COP29-a ev sahibliyi etmək Azərbaycanın çox böyük nailiyyətidir.
Bu barədə Trend-ə özəl açıqlamasında Maltanın sabiq baş naziri Cozef Muskat deyib.
O qeyd edib ki, Azərbaycan bu ev sahibliyinin öhdəsindən uğurla gələcək.
“Nizami Gəncəvi Mərkəzi olaraq təşkil edilən XI Qlobal Forumun mövzularından biri də COP29-dur. Əsas sual isə, biz Azərbaycanın ev sahibliyinə dəstək vermək üçün nələr edə bilərik? İştirakçıların iqlim dəyişikliyi ilə bağlı problemlərin müzakirəsinə töhfə verəcəyinə inanıram.
Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. O, daha çox beynəlxalq təşəbbüslər irəli sürür və uğurlu olur. COP29-a ev sahibliyi etmək də Azərbaycan üçün böyük nailiyyətdir”,- deyə o bildirib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.