• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • COP29-un qarşısında çox çətin məsələlərin həlli durur - Fatou Haidara

    15

    mar

    COP29-un qarşısında çox çətin məsələlərin həlli durur - Fatou Haidara

    Sənaye iqlim dəyişiklikləri strategiyasının bir hissəsidir.

    Trend xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı üzrə baş direktor müavini və idarəedici direktoru Fatou Haidara XI Qlobal Bakı Forumunda çərçivəsindı keçirilən “Xoş sözlərdən yaxşı işlərə: COP29 üçün hansı məqsədlər qoyula bilər?” adlı panel müzakirəsində çıxışı zamanı deyib.

    “Sənayeni düzgün təşkil etsək, iqlim dəyişikliyinə öz töhfəsini verə bilər. Bu da aşağı emissiyalı iqtisadiyyata keçidi təmin edəcək. COP29-un qarşısında çox çətin məsələlərin həlli durur.

    İqlim tədbirlərinin gücləndirilməsi lazımdır. Hər ölkə könüllü olaraq öz töhfələrini dərinləşdirməlidir. Biz də artıq bu sahədə səylərimizi cəmləşdirməliyik”,- deyə o bildirib.


    Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

    Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

    Tarix : 15-03-2024, 16:00 | Oxunub: 276