• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Baş direktorun müavini: COP29 qarşısında çox çətin məsələlər durur

    15

    mar

    Baş direktorun müavini: COP29 qarşısında çox çətin məsələlər durur

    BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyasının (COP29) qarşısında çox çətin məsələlər durur.

    "Report" xəbər verir ki, bunu BMT-nin Sənaye İnkişafı Təşkilatının Qlobal Tərəfdaşlıq və Xarici Əlaqələr Direktorluğunun Baş direktorunun müavini və idarəedici direktoru Fatou Haydara "Parçalanmış dünyanın bərpası" mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun dördüncü panel müzakirəsində deyib.

    O bildirib ki, buraya əsasən maliyyə, iqlim dəyişikliyi məsələləri aiddir: "İqlim dəyişikliyinə qarşı tədbirlərin görülməsi labüddür. Hər bir ölkə bu işə verdiyi töhfələrini genişləndirməlidir. Bundan başqa, daha aşağı emissiyalı karbon istehsalını təşviq edirik".

    F.Haydara həmçinin vurğulayıb ki, dövlət və özəl sektorların bu məsələlərdə birgə iş birliyi önəmlidir.

    Tarix : 15-03-2024, 15:03 | Oxunub: 111