• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu tarixdən ölkə ərazisində hava KƏSKİN DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ

    02

    apr

    Bu tarixdən ölkə ərazisində hava KƏSKİN DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ

    Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra ölkə ərazisində hava şəraiti dəyişəcək.

    Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki,Bakıda və Abşeron yarımadasında aprelin 4-ü səhərdən axşamadək havanın dəyişəcəyi, şimal-qərb küləyinin qısa müddətə güclənəcəyi, küləyin maksimal sürətinin 15-20 m/s, arabir 23-28 m/s, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Azərbaycanın rayonlarında da aprelin 4-də hava şəraitinin dəyişəcəyi, qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, səhər və gündüz ayrı-ayrı yerlərdə arabir 30-32 m/s-dək güclənəcəyi, şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran, Dağlıq Şirvan, Quba-Qusar zonalarında yağıntıların intensiv olacağı ehtimalı var.

    Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.

    Tarix : 2-04-2024, 21:46 | Oxunub: 240