• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qırğız Respublikasının Azərbaycandakı səfiri ilə COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparılıb

    06

    apr

    Qırğız Respublikasının Azərbaycandakı səfiri ilə COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparılıb

    Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.


    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.


     Ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

    Tarix : 6-04-2024, 12:45 | Oxunub: 1 971