• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Muxtar Babayev Qırğızıstan səfiri ilə COP29-un nəticələrini müzakirə edib

    14

    dek

    Muxtar Babayev Qırğızıstan səfiri ilə COP29-un nəticələrini müzakirə edib

    Qırğız Respublikasının Azərbaycan Respublikasındakı səfiri Maksat Mamıtkanov ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.


    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, görüş zamanı ölkəmizin bu il ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri müzakirə edilib.


    Eyni zamanda, COP29 Sədrliyi qismində növbəti bir il ərzində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər, qlobal və regional təşəbbüslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Tarix : 14-12-2024, 08:35 | Oxunub: 1 272