• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • BƏƏ Azərbaycana COP29-a sədrliyi zamanı hər cür dəstək verməyə hazırdır - Pərviz Şahbazov

    17

    apr

    BƏƏ Azərbaycana COP29-a sədrliyi zamanı hər cür dəstək verməyə hazırdır - Pərviz Şahbazov

    BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) ölkəsi olaraq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycana COP29-a sədrliyi zamanı hər cür dəstək verməyə hazırdır.

    Trend xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

    Əbu-Dabiyə səfəri zamanı P. Şahbazovun BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in prezidenti Sultan Əhməd Əl-Cabir ilə məhsuldar görüşü olub.

    “Yaşıl enerji sahəsində strateji tərəfdaşımız "Masdar” şirkəti ilə istehsal güclərinin yaradılması, elektrik enerjisinin ötürülməsi üzrə layihələrin icrasının sürətləndirilməsi, ADNOC şirkəti ilə “Abşeron Faza-I” layihəsi, apstrim sektorunda əməkdaşlığın genişləndirilməsi və gündəlikdə olan digər məsələlərlə bağlı müzakirələr apardıq”, - deyə nazir bildirib.

    Tarix : 17-04-2024, 17:59 | Oxunub: 48