Sumqayıtda havanın çirklənməsinə səbəb olan Məişət Tullantıları Poliqonu yanıb

"Report" un yerli bürosu məlumat verir ki, yanğın 7 hektar ərazini əhatə edir.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.

Axşam saatlarına qədər yanğının söndürülməsi işləri davam etdirilib.