• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qazaxıstan COP29 çərçivəsində AQEM sədrliyini Azərbaycana ötürəcək - Səfir

    25

    iyl

    Qazaxıstan COP29 çərçivəsində AQEM sədrliyini Azərbaycana ötürəcək - Səfir

    Qazaxıstan COP29 çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyini Azərbaycana ötürəcək.

    Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycan-Qazaxıstan Kənd Təsərrüfatı Forumunda deyib.

    "Azərbaycan və Qazaxıstan sülhsevər ölkələrdir. Biz beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlığın bir nümunəsini AQEM çərçivəsində əməkdaşlıq adlandırmaq olar. Qazaxıstan Bakıda keçiriləcək COP29 çərçivəsində AQEM sədrliyini Azərbaycana ötürəcək", - deyə o vurğulayıb.

    Bundan başqa, səfir iqtisadiyyat sahəsində və müxtəlif iri layihələrdə uğurlu əməkdaşlıqdan bəhs edib.

    Qeyd edək ki, bu gün Qazaxıstanın Bakı səfirliyində Azərbaycan-Qazaxıstan Kənd Təsərrüfatı Forumu keçirilir.

    (Tərcümə: Rəna Əbdürəhmanova)

    Tarix : 25-07-2024, 17:30 | Oxunub: 2 312