EKOLOGİYA
SON DƏQİQƏ
Könüllülər Xəzərin Bilgəh sahilində təşkil olunan “Birlikdə” təmizlik aksiyasında iştirak ediblər - FOTO
13 dekabr 2024
18:10
2 296 baxış
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində könüllülər Xəzərin Bilgəh sahilində təşkil olunan “Birlikdə” təmizlik aksiyasında iştirak ediblər.
Ekologiya.az bildirir ki, İməcilik zamanı könüllülərin iştirakı ilə sahilyanı ərazi 200 kq-dan artıq tullantıdan təmizlənib.
Təmizlik aksiyasının keçirilməsində məqsəd gəncləri ətraf mühitin mühafizəsində aktiv iştiraka təşviq etmək və onlarda ekoloji məsuliyyət hissinin formalaşmasına nail olmaqdır.
![]()
![]()
![]()
![]()
![]()
![]()