• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ümumdünya Ekoloji Təhsil Günü ilə əlaqədar şagirdlərlə maarifləndirici görüş keçirilib

    24

    yan

    Ümumdünya Ekoloji Təhsil Günü ilə əlaqədar şagirdlərlə maarifləndirici görüş keçirilib

    26 yanvar Ümumdünya Ekoloji Təhsil Günü ilə əlaqədar növbəti maarifləndirici görüş 28 nömrəli tam orta məktəbdə keçirilib.

    Orta məktəb şagirdlərinin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, ekoloji təhsilə diqqət çəkmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən uşaqlara ətraf mühitin mühafizəsi, tullantıların düzgün idarə edilməsi, qənaət vərdişləri barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
    Eyni zamanda, 28 nömrəli tam orta məktəb “Batareyaları ver, təbiəti qoru” layihəsinə qoşulmuş və görüş çərçivəsində 20 kq batareya təhvil vermişdir. Müəllim və şagirdlərə təşəbbüsə dəstək verdikləri üçün təşəkkür edirik. Ekologiya.az

    Tarix : 24-01-2025, 16:23 | Oxunub: 1 256