• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dövlət Ekoloji Təhlükəsizlik Xidməti əməkdaşları ov qaydalarını pozan şəxsləri saxlayıb

    24

    yan

    Dövlət Ekoloji Təhlükəsizlik Xidməti əməkdaşları ov qaydalarını pozan şəxsləri saxlayıb

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sabirabad və Cəlilabad rayonlarının inzibati ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb. 


    Araşdırma zamanı həmin şəxslərin Sabirabad rayonu Qarağac kənd sakini Asif Daşdıyev, Cəlilabad rayonu Günəşli kənd sakinləri Elmir Məmmədov və Ramiz Məmmədov olduğu müəyyən edilib, onlardan ov silahları aşkar edilərək maddi sübut kimi götürülüb.


    Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.Ekologiya.az

    Tarix : 24-01-2025, 19:52 | Oxunub: 984