• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qızılağac, Şirvan və Ağgöl milli parklarında “açıq qapı” günü olacaq - RƏSMİ

    31

    yan

    Qızılağac, Şirvan və Ağgöl milli parklarında “açıq qapı” günü olacaq - RƏSMİ

    2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar Qızılağac, Şirvan və Ağgöl milli parklarında “açıq qapı” günü olacaq.


    Su-bataqlıq ərazilərindən səmərəli istifadə edilməsi və bu ərazilərin qorunması məqsədilə 1971-ci il fevralın 2-də Ramsar şəhərində su-bataqlıq əraziləri haqqında Konvensiya imzalanıb və həmin gündən etibarən hər il 2 fevral Ümumdünya Su-Bataqlıq Əraziləri Günü kimi qeyd olunur.


    Qeyd edək ki, respublikamızda sahəsi 200 min hektardan artıq su-bataqlıq ərazisi mövcuddur. Azərbaycanda Ağgöl və Qızılağac milli parklarının ərazisi mühüm su-bataqlıq əraziləri kimi “Ramsar” Konvensiyasının siyahısına daxil edilib.

    Ekologiya.az

    Tarix : 31-01-2025, 13:36 | Oxunub: 1 328