• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dövlət Ekoloji Təhlükəsizlik Xidməti: Sabunçuda qanunsuz ağac kəsintisi faktı aşkar edilib

    25

    fev

    Dövlət Ekoloji Təhlükəsizlik Xidməti: Sabunçuda qanunsuz ağac kəsintisi faktı aşkar edilib

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində qanunsuz ağac kəsintisi faktı aşkar edilib.


    Bu barədə Ekologiya.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.


    Araşdırma zamanı ağacların vətəndaş Qənirə Quliyevaya məxsus qeyri-yaşayış obyektinin ətrafında kəsildiyi müəyyən olunub.


    Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.

    Tarix : 25-02-2025, 18:55 | Oxunub: 1 424