• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DETX bu rayonların inzibati ərazilərində yaşıllıqların məhv edilməsi faktı aşkarlayıb

    30

    apr

    DETX bu rayonların inzibati ərazilərində yaşıllıqların məhv edilməsi faktı aşkarlayıb

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Gəncə şəhəri və Quba, Kəlbəcər, Xaçmaz rayonlarının inzibati ərazisində yaşıllıqların məhv edilməsi faktı aşkar olunub.


    Araşdırma zamanı Gəncə şəhəri Fətəli xan Xoyski küçəsi 14 saylı evin qarşısında həmin ünvanda yaşayan Saleh Abdullayev tərəfindən 2 ədəd, Quba-Qusar avtomobil yolunun Quba rayonu Digah kəndinin inzibati ərazisindən keçən hissəsinin sağ tərəfində Quba rayonu Birinci Nügədi kənd sakini Nəsib Əzimov tərəfindən 24 ədəd, Quba rayonu Vladimirovka kəndinin inzibati ərazisində həmin kənd sakin Telman Cavadov və Xaçmaz rayonu Gödəkli kəndinin inzibati ərazisində həmin kənd sakini Kamran Qocayev tərəfindən 7 ədəd ağacın kəsildiyi müəyyən edilib.


    Faktlarla bağlı adıçəkilən şəxslər barəsində “İnzibati xəta haqqında Protokol” tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Ekologiya.az

    Tarix : 30-04-2025, 18:21 | Oxunub: 1 536