Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı Şabran şəhəri və Quba, Xaçmaz rayonlarının inzibati ərazisində yaşıllıqların məhv edilməsi faktı aşkar olunub.
Araşdırma zamanı Şabran şəhəri 20 yanvar küçəsində Şabran şəhər sakini İlqar Qədirov tərəfindən 1 ədəd, Quba rayonu Üçgün kəndinin ərazisində, bələdiyyəyə məxsus torpaq sahəsində həmin kənd sakini Sakit Yaraliyev tərəfindən 1 ədəd və Xaçmaz rayonu Mənçəroba kəndinin inzibati ərazisində, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yaxınlığında Qımılqışlaq kənd sakini Ramin Tahirov tərəfindən 3 ədəd ağacın kəsildiyi müəyyən edilib.
Faktlarla bağlı adıçəkilən şəxslər barəsində isə fiziki şəxs qismində protokol tərtib olunub və inzibati məsuliyyətə cəlb ediliblər.