• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlimlər keçirilib

    02

    may

    “Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlimlər keçirilib

    “Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlimlər keçirilib .


    Ekologiya.az-ın xəbərinə görə, meşə yanğınlarının qarşısının alınması məqsədilə 1, 3 və 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzlərinin, FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və kənd sakinlərinin iştirakı ilə Lerik, Sabirabad və Cəlilabad rayonlarında “Yanğın təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib. 


    Təlimdə meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.

    Tarix : 2-05-2024, 13:28 | Oxunub: 135