Xüsusi mühafizə olunan təbiət ərazisində “Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlim keçirilib - FOTO
Yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə Samur-Yalama Milli Parkında FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.
Təlimdə yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik
tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib. Ekologiya.az
![]()
![]()
![]()
![]()