Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Şamaxı və İsmayıllı rayonları ərazisində yaşıllıqların zədələnməsi faktları aşkar olunub.
Ekologiya.az bildirir ki, araşdırma zamanı qanun pozucularının Şamaxı şəhər sakini Nizami Fatalıyev və İsmayıllı şəhər sakini Hakim Əzimov olduğu müəyyən edilib.
Faktlarla bağlı adıçəkilən şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.