• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Cəlilabadda ətraf mühiti zibilləyən şəxslər cərimələndi

    12

    fev

    Cəlilabadda ətraf mühiti zibilləyən şəxslər cərimələndi

    Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə rayon ərazisində nəzarət-profilaktiki tədbir keçiriblər.

    Ekologiya.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

    Bildirlib ki, keçirilən tədbir zamanı rayonun müxtəlif ərazilərində məişət tullantılarının urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə 4 nəfər barəsində inzibati tənbeh tədbirinin görülməsi təmin edilib.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

    Tarix : 12-02-2025, 17:52 | Oxunub: 752