• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Cəlilabadda vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunub/FOTO

    23

    noy

    Cəlilabadda vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunub/FOTO

    Cəlilabadda məişət tullantılarının qalaqlanmasına görə bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi və Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə  rayon ərazisində birgə keçirdikləri tədbirlər zamanı rayonun Günəşli kəndinin ərazisində məişət tullantılarının qalaqlanması halı aşkar olunub.

    Aşkarlanmış halla bağlı ərazi üzrə bələdiyyənin sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunub. Bundan əlavə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 5 nəfər rayon sakini qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü təhvil veriblər.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.


    Tarix : 23-11-2023, 13:33 | Oxunub: 402