• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Göygöldə AĞIR QƏZA: Xəsarət alanlar olub - FOTO

    24

    fev

    Göygöldə AĞIR QƏZA: Xəsarət alanlar olub - FOTO

    Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Hərəkətdə olan iki minik maşını toqquşub.

    Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. İlkin ehtimalara görə, qəzaya səbəb yolunun buzlu olması olub.

    Faktla bağlı araşdırma aparılır.//APA

    Tarix : 24-02-2025, 08:31 | Oxunub: 1 152