• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabirabadda avtomobil kanala AŞDI - Xəsarət alanlar var

    11

    yan

    Sabirabadda avtomobil kanala AŞDI - Xəsarət alanlar var

    Sabirabadda avtomobil su kanalına aşıb, xəsarət alanlar var.

    Hadisə rayonun Xəlfəli kəndi ərazisində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb.

    Qəza nəticəsində ilkin məlumata görə, 4 nəfər xəsarət alıb.

    Hadisə yerinə gələn FHN-nin əməkdaşları tərəfindən xəsarət alanlar təxliyə edilərək Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 11-01-2025, 18:47 | Oxunub: 2 448