• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıya bu tarixdə yenidən qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

    26

    fev

    Bakıya bu tarixdə yenidən qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir sulu qar, qar yağacağı gözlənilir.

    Ekologiya.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. 

    Qeyd olunub ki, yağıntıların yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

    Fevralın 26-sı axşamdan 27-si səhərədək havanın temperaturu 1-3 dərəcə şaxta olacaq. Gözlənilən hava şəraiti ilə əlaqədar gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.

    Tarix : 26-02-2025, 12:39 | Oxunub: 1 240