• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DİN-dən vətəndaşlara müraciət: Onlara müdaxilə etməyə çalışmayın

    09

    mar

    DİN-dən vətəndaşlara müraciət: Onlara müdaxilə etməyə çalışmayın

    Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

    Ekologiya.az xəbər verir ki, müraciətdə vətəndaşlara maksimum ehtiyatlı davranmaq, mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmamaq tövsiyə edilir.

    “Təhlükəli sahələrə daxil olmayın, atılıb qalmış sursatlara toxunmayın, həyatınızı minaya qurban verməyin.

    Heç vaxt mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmayın, əlinizə götürməyin. Onlara müdaxilə etməyə çalışmayın”, - DİN-in müraciətində qeyd olunur.

    Tarix : 9-03-2025, 17:00 | Oxunub: 1 912