TƏBİB Cəlilabadda baş verən çaqqal hücumu ilə bağlı açıqlama verib.

Qurumdan "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 7 və 8 avqust tarixlərində çaqqal dişləməsi səbəbi ilə 3 nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1974 və 1999-cu il təvəllüdlü şəxslərə hər iki aşağı və yuxarı ətrafların dişlənmiş yaraları diaqnozları təyin olunub.

Hər üç şəxsə zəruri tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün onlar evə buraxılıb.